BURADA REKLAMINIZ OLA
BİLƏR

Eynulla Fətullayev: “Bəxtiyarın Hacıyevin ciddi psixoloji problemləri var”

“Bəxtiyar Hacıyevin Ata Abdullayev haqda statusunu oxudum... Dünəndən mənə də durmadan yazır ki, niyə mənim çıxışımı tənqid etdin, Ata Abdullayevin xəbərini isə saytda yerləşdirdin. Ümumiyyətlə bu Bəxtiyar Hacıyevin psixoloji portretini təhlil etdikdə olduqca acı nəticəyə gəlirsən - yeni ictimai xəstəlik və ya ictimai virus baş qaldırıb - Bəxtiyar Hacıyev virusu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev “Facebook” sosial şəbəkəsində yazıb.

 

“Özünəvurğunluq, müştəbehlik, karyerizm... Mən sual verirəm - Bəxtiyyar, sənin peşən nədir? Siyasətçisən? Yox! Jurnalistsən? Yox! Vəkilsən? Yox? Müxaləfətçisən? Yox? İqtidarsan? Yox? Nə işlə məşğulsan? Mən vəzifə istəyirəm! Məncə, Bəxtiyarın ciddi psixoloji problemləri var. Məsləhətim, Harvardın məzunu üçün çox zəif ingiliscəsi var, təəssüf. Bunu Paşinyaynla görüşdə sezdim. Az mütaliə edir. Bunu çıxışlarından duyuram... Kitab oxu və Günəşdən həzz al, antik filosoflar demişkən. Məncə, Bəxtiyyar olduğundan daha böyük görünmək istəyir. Özünə həyatda və cəmiyyətdə yer tapa bilmir. Qocalan bir gəncin faciəsi...” – E.Fətullayev qeyd edib.

 

Müzakirəyə REAL Televiziyasının rəhbəri Mirşahin Ağayev də qoşulub: “Razıyam və bu bazar günü saat 21:00-da bu mövzuya xüsusi vaxt ayıracam. Məncə, Bəxtiyar Hacıyev özü haqqında layiqli sözləri, onun iddiaları və imkanları barədə gerçək rəyi eşitməlidir”.

 

B.Hacıyev də şərhə gülüş qoyaraq “Nəzərə alaram” yazıb.

Tarix: 21 Noyabr 2019, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin