BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Bağırova vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub.

 

Rəşad Nəbiyevin müvafiq əmri ilə Etibar Bağırov Dövlət Dəniz və Liman Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.

 

Etibar Bağırov bu təyinata qədər  Agentliyin maliyyə şöbəsinin müdiri olub.

 

Qeyd edək ki, bununla da Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavinlərinin sayı ikiyə çatıb. Bunda əvvəl Renat Rzayev də müavin postunu tuturdu. Artıq hər iki şəxs agentliyin sədr müavini vəzifəsini icra etməyə başlayıb.

 

Qaynarinfo

Tarix: 15 Yanvar 2022, 13:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin