BURADA REKLAMINIZ OLA
BİLƏR

Novruz Məmmədov təqaüdə çıxan polis oğlundan danışdı: "İşlərinə qarışmıram"

Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun Daxili İşlər Nazirliyində çalışmış oğlu, polkovnik-leytenant İsmayıl Məmmədov təqaüdə göndərilib.

 

Novruz Məmmədov hazırda oğlunun hansı işlə məşğul olmasından danışıb.

 

"Oğlum öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb və bundan sonra hər hansı bir vəzifə tutmaq fikri yoxdur. Özüm də onun işlərinə qarışmıram. Deyirdi "ata alacağım təqaüdlə maaşım arasında fərq azdır”. Ona görə, təqaüdü seçdi. Hazırda heç bir işlə məşğul deyil. Vaxtını ailəsinə, öladlarına sərf edir” deyə Novruz Məmmədov bildirib.

 

Sabiq Baş nazir övladının biznesinin olmadığını da deyib:

 

"Oğlumun elə bir biznesi də yoxdur ki, onunla məşğul olsun. Bundan sonra da çətin ki, olsun. Bu asan iş deyil".

 

Qaynarinfo

Tarix: 15 Yanvar 2022, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin