BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat döyülən uşaq barədə: “Müəllim uşağı onun xeyrinə görə vurur”

Son zamanlar məktəblərdə müəllimlərlə bağlı yayılan videolar hər kəsi narahat edir. Eyni zamanda, bir çoxlarını da düşündürür. Niyə yaxın illərdə yox, məhz son aylarda bu kimi videogörüntülər geniş yayılır? Bəzi müəllimlərin ifadələrinə görə, bu kimi videolar çox vaxt bilərəkdən hazırlanır və çəkilir.

Pravda.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov açıqlamasında son illər məktəbdə müəllimlərlə bağlı yayılan videogörüntülər məktəbi, müəllimi hörmətdən salmaq və təhsilin cəmiyyətdə aparıcı roluna kölgə salmaq niyyəti daşıdığını bildirib.

Onun sözlərinə görə, əks halda məktəbə, təhsilə, müəllimə qarşı bu cür açıq-aşkar təzyiq olmazdı:

“Məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə olan problemlər məktəbdə də var. Bizim məktəbimiz cəmiyyətimizə uyğundur. Amma cəmiyyətin narkomaniya, zərərli vərdişlər, vicdansızlıq kimi problemləri kənarda qaldığı halda, hamı məktəbin üzərinə düşür. Mən buna etirazımı bildirirəm”.

Ekspert qeyd edib ki, qüdrətli Azərbaycan görünür çoxlarında qıcıq yaradıb:

“Çalışırlar ki, Azərbaycan döyən yox, döyülən olsun. Bir az dərinə getsək, Azərbaycanda gedən prosesləri azərbaycanlılar yox, 3-cü, xarici əllər idarə etməyə çalışırlar. Güman edirəm ki, evdə, ailədə olan bəzi nöqsanları qonşudan gizlətdiyimiz kimi, məktəblərdəki hər qüsuru da cəmiyyətə çıxartmalı deyilik”.

Ş.Əsgərov şərəfli qələbədən, zəfərdən sonra belə hücumlara hər sahədə rast gəlinəcəyini söyləyib:

“Cəmiyyəti durultmağa yox, cürütməyə tərəf sürükləyən tərəflər hər sahədə aktivləşəcək. Məktəbə, müəllimə qarşı bu cür hörmətsizlik yaramaz. Müəllim əgər uşağı vurursa, bunu öz xeyrinə edir? Öz övladının sifarişi ilə vurur, ya uşağın anasından qisas alır? Əlbəttə, yox. Uşağın xeyrinə vurur. Bu, tənbehdir və uşağın xeyrinədir. Tənbehdən sonra adətən nə olur? İnsan düz yola qayıdır. Amma indi deyirlər ki, uşaq tənbeh olunmasın və düz yola qayıtmasın”.


Modern.az

Tarix: 15 Yanvar 2022, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin