BURADA REKLAMINIZ OLA
BİLƏR

“Türkiyəyə dil uzadan Çeçenistanın Kremlə bağlı lideri Ramzan Kadırov indi də qonşusu inquşları hədəf götürüb”

“Türkiyəyə dil uzadan Çeçenistanın Kremlə bağlı lideri Ramzan Kadırov indi də qonşusu inquşları hədəf götürüb. Məlumdur ki, SSRİ dağıldıqdan və Çeçen-İnquş muxtar respublikası ayrıldıqdan sonra iki vilayət arasında mübahisəli sərhəd problemi var. Bu problem bugünə qədər həll olunmayıb və zaman-zaman gərginliklərə səbəb olur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Ramzan Kadırov inquşları onda ittiham edir ki, qonşu xalqın ərazi iddiası əsassızdır, onun məntiqinə görə, tam əksinə inquşlar çeçenlərdən torpaq qoparıblar. Kadırov inquşları hədələyərək deyib ki, iddialara son verməsələr başqa əraziləri də Çeçenistana qatacaq: “Ağzınızı yumun, təxribatların davamı Qazaxıstanda müşahidə etdiyimiz toqquşmalara gətirib çıxara bilər”.  Kadırov irəli gedərək inquşlara qərar vermək üçün 3 gün vaxt verib: “Üç seçiminiz var, ya məni öldürməlisiniz, ya döyməlisiniz, ya da sürgün etməlisiniz”. İnquşlar Kadırovun açıqlama və hədələrindən təngə gəliblər. Moskva mübahisəyə qarışmır. Kreml sahibi illərdir Kadırovu himayə edir və bu inquşların xoşuna gəlmir. Ancaq torpaq mübahisəsi həll edilmədikcə iki xalq arasında gərginlik azalmayacacaq və bu Kremlin problemlərini artıracaq. Kadırovun Qazaxıstanı xatırlaması da yersiz deyil. Ən maraqlısı odur ki, onilliklərdir öz ərazisində federasiyalar arasında sərhədi müəyyənləşdirməyən ölkə Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsində vasitəçi olmaq istəyir” – E.Şahinoğlu qeyd edib.

Tarix: 15 Yanvar 2022, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin