BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüstəm Usubov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov bu il fevralın 21-də saat 10:00-da Goranboy rayon Prokurorluğunun inzibati binasında Goranboy və Xocalı rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

 

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Goranboy rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Tarix: 18 Fevral 2020, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin