BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Prezident İlham Əliyevin Kiyevə səfəri və orada verdiyi bəyanatlar təqdirəlayiqdir”

“Sovet dövründən qalmış nüvə silahları və onları daşıya biləcək raketləri Rusiyaya Avropa və ABŞ-ı hədələməyə imkan verir. Sözsüz, Qərb Rusiyadan qorxur. Qərb ölkələrində ən qiymətli məhsul insandır. Rusiyada isə insanların qiyməti sıfırdır, onların milyonlarının həlak olması Putin və onun çinovliklərinin vecinə deyil. Onlar Krımı, Donbasın bir hissəsini, cənubi Osetiya və Abxaziyanı ələ keçirəndən sonra Ukraynanın işğalını davam etdirmək niyətindədir. O, daxilində qərbin ondan qorxduğunu bilir və Rusiyanın itirəcəyi (ac yalavac, hüquqsuz, alkoqolik insanlar) bir şeyin olmadığına görə Qərbin ona müqavimət göstərməyəcəyinə  əmindir. Rusiya tarixə diqqət yetirir. 1945-ci ilin sentyabrından Amerikada, ondan iki il sonra Böyük Britaniyada atom bombası və onu daşıya biləcək təyyarələrin olmasına baxmayaraq Qərb Stalinə “Qoşunlarını Şərqi Avropadan çıxart və demokratik seçkiləri keçirməyə imkan ver” ultimatunu verməyə cəsarət etmədi. Berlin və onun ətrafında yerləşdirilmiş 10 min tankdan qorxdu. 1952-ci ilə qədər Sovetin cəmi bir neçə bombası var idi. Onu uzağa daşıyan təyyarələri belə yox idi. Ancaq bu işi görmədi. 1962-ci ildədə (Karib böhranı) ABŞ generallarının “Sovetlərin heç bir gücü yoxdur, lazımdırsa, bir iki atom bombası Kremlə atıb Rus və başqa xalqları bolşevik diktaturasından xilas edə bilərik” təklifinə Prezident Kennedi kiçik qardaşı Robert Kennedinin təhriki ilə “yox” dedi. 2014-cü ildə ABŞ-ın Krımın həmişə Ukrayna torpağı qalcağı ilə bağlı imzasına baxmayaraq Rusiya Krımı işğal etdi. O vaxt ABŞ-ın bir hərbi təyyarə daşıyan gəmisi Qara dənizdə Krımın yanında dayansa və ABŞ Rusiyaya ultimatum versəydi, bu gün nə Krım, nə də Donbas problemi olardı. Qərb bu dəfə Rusiyaya heç bir güzəştə getməyəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

 

R.Quliyev qeyd edib ki, Avropa İttifaqında Rusiyaya nifrət edən Polşa, Baltikyanı ölkələr, Bolqarıstan, Çexiya və Slovakiya kimi ölkələr var: “Bu ölkələr ordusu ilə birlikdə neytral qalmayacaqlar, çünki Ukraynadan sonra onlar gəlirlər. Ukraynanı Rusiya 100 min əsgər, 3 min tank, bir neçə yüz təyyarə ilə işğal edə bilməz. ABŞ və Qərbin vəzifəsi Ukraynanı rusların hava hücumundan qorumaq (Rusiyanın bir neçə 100 təyyarəsinin qarşısını almağa ABŞ-ın 10-15 F-35-i kifayət edər) olmalıdır. Böyük təyyarələrlə bir neçə yüz tank vuran “Javelin” Ukrayna ordusuna verilməlidir, vəssəlam. Əminəm ki, Ukrayna ordusu maksimum bir aya Donbası azad edib, ən azı 15-20 kilometr Rusiyanın ərazisinə irəliyəcək, ondan sonra tutduğu torpaqları Krımla dəyişəcək. Əgər müharibə başlasa, çox ehtimal Ukrayna Putinin Krım körpüsünü dağıdacaq. Rusiya müharibə etsə, gücünü Mariopolu işğal edib Krıma  yaxınlaşmaq istəyəcək. Mariopol cəbhəsini yarmaq çox cətin məsələdir. Ukrayna Donbası azad edib Moriopala hücum edən Rus qoşunlarının arxasına keçib onları mühasirəyə alacaq. Bunları mən bilirəmsə, Rus generalları məndən 10 dəfə yaxşı bilir. Hər halda onlar Putini başa salacaqlar. Fikrimcə, heç bir müharibə olmayacaq və Ukrayna Putini Donbasdan çıxmağa (Qərbin köməyi ilə) məcbur edəcək. Ola bilər, sərhəddə Ukrayna sərhədçiləri yerləşdirilsin, amma Donbasda BMT-nın hərbi bölmələri olmalıdır. Bir-iki ildən sonra da Donbasda seçkilər keçirilməlidir. Ukraynanın bu vəziyyətində Azərbaycanın Prezidentinin Kiyevə səfəri və orada verdiyi bəyanatlar təqdirəlayiqdir. Azırbaycan Ukrayna ilə həmişə dost olub, indi Prezident Əliyev bu əlaqələri tamamilə başqa bir səviyyəyə çatdırdı. Mətbuatdan oxuduğumuz məlumatlar, bağlanmış müqavilələrin adlarının arxasında nələrin dayandığını bilmirik. Amma düşünürəm ki, bu sənədlər çox mühüm sənədlərdir və hər iki ölkə üçün çox vacibdir”.

Tarix: 16 Yanvar 2022, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin