BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazarbayev sağdır?

"Qazaxıstan prezidenti Tokayev dünənə qədər “elbaşı” dediyi, şərəfinə paytaxtın adını dəyişdirib qoyduğu Nursultan Nazarbayevin axırına çıxmaq istəyir. Birinci mərhələdə Nazarbayevə yaxınlığı ilə tanınan nazir və müavinləri həbs edildilər, ikinci mərhələdə ailə üzvlərinin şirkətləri və mülkləri əllərindən alındı, üçüncü mərhələdə nə edəcəkləri hələ ki, bəlli deyil".


Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Çoxları bilmək istəyir ki, Nazarbayev sağdır, yoxsa yox? Qazaxıstan hakimiyyətinin “elbaşının” bir neçə dəqiqəlik kamerı görüntüsünü yayması kifayətdir ki, şayiələrə son qoysun, əks halda qazaxları aşağılayan Jirinovskinin “Nazarbayev ölüb” versiyası gündəmdə qalacaq" - E.Şahinoğlu qeyd edib.

Tarix: 16 Yanvar 2022, 12:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin