BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 625 726 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 340, ötən müddət ərzində isə ümumilikdə 6 006 500 test aparılıb.

Tarix: 16 Yanvar 2022, 16:38   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin