BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: "Virus bəlasının sonu görünməyə başladı, amma hələ də ciddi müqavimət var"

"Virus bəlasının sonu görünməyə başladı, amma hələ də ciddi müqavimət var. Çox güman, pandemiya bitəndən, ləğv ediləndən sonra bunu rəsmən insanlığın növbəti qələbəsi kimi təqdim edib rəsmiləşdirməyə çalışacaqlar. Amma əminəm ki, yaxın illər virusla, son 2 ildə dünyada baş verənlərlə bağlı ciddi diskussiyalar ili olacaq. Əgər insanlıq adına doğru nəticələr çıxarda bilməyəcəyiksə, bu növbəti təhlükələrə qapı açacaq".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.


"Bəri başdan bir daha qeyd edim ki, virusoloq olmadığım, bu sahənin incəliklərini bilmədiyim üçün tibbi məsələlərə münasibət bildirməyəcəm, halbuki, tibbi səbəblərlə alınan qərarların bir çoxu məntiqsizliklərlə dolu idi. Məsələn, Avropa ölkələrinin birində ictimai tədbir üçün insanları qapalı məkana bir sırada PSR ekspres-testlə, digər sırada isə ancaq insan haqqlarını əzən vaksinləşmə haqqında “QR-kodla” buraxıblar. Vaksin alan, amma simptomsuz xəstəliyi, hər yerə “QR-kodla” daxil olmaq icəzəsi olan vətəndaş ikinci sıra ilə rahat qapalı məkana daxil olub, sonradan məlum olub ki, həmin şəxs qapalı məkana gələn xeyli insanı yoluxdurub. Deməli, məntiqlə, vaksin almış insanlar heç bir əlavə yoxlama olmadan qapalı məkanlara “QR-kodla” daxil olub virus yaya bilərlər. Bəs o zaman “QR-kodun” nə önəmi var ki?! Son 3 həftədə dünyada sürətlə yayılan, “təbii vaksin” olduğu söylənilən “omikron” virusu elə vaksinləşmiş şəxslərə təsir edir, onları yoluxdurur. Hə, deyirlər ki, vaksin olunmuşlar xəstəliyi daha yumşaq və rahat keçirirlər. Ola bilər, amma son zamanlar ölüm hallarının azalması həm virusun getdikcə zəifləməsinə, həm də dünyada səhiyyə sisteminin artıq bu virisla mücadiləni öyrəndiyindən xəbər verir. Tibbi ayrıntılara girməyəcəm, mənim sahəm deyil, siyasətçi olaraq məni maraqlandıran insanlığın son 2 ildə davranış qaydalarının necə dəyişdirilməsi, onların mütiləşdirilməsi cəhdidir. İkinci dünya savaşından üzü bəri Qərbi Avropa və ABŞ addım-addım demokratiya, insan haqlarının cazibə mərkəzinə çevrildilər. Avtoritar rejimlərdən onları fərqləndirən azadlıqlara, haqlara hörmət, qanunun aliliyinə uymaq və ictimai fikri nəzərə alamaq idi. Demokartiyalarda seçki institutu işlək olduğu və həlledici gücə sahib olduğu üçün istənilən siyasi partiyalar və liderlər səs, dəstək uğrunda mübarizə apararaq cəmiyyəti rifaha, azadlıqların genişləndirilməsi yolu ilə idarəetmə çalışırdılar. Son 30 ildə Rusiya, Çin, bəzi keçmiş post-sovet ölkələri avtoritarizmlə idarə olunduğundan cəlbedici deyildilər, Qərbin hekayəsi özündən daha vacib idi, bütün hekayə isə haqq və azadlıqlar üzərinə inşa edilirdi.
Son 2 ildə Qərb ölkələri virusla mücadilə adı altında insanların haqq və azadlıqlarını məhdudlaşdırmağa, hətta Konstitutsiyada təsbit olunmuş haqlarını tapdalamağa başladılar. Bu davranış avtoritar rejimlərin əkməyinə yağ sürtdü, onları daha da aqressiv davranmağa sövq etdi, Qərbin cəlbedici hekayəsi dağılmağa başladı. Son 2 ildə nə çox insan haqq və azadlıqlarının məhdudlaşdırılmasını biz ulta-liberal ölkələrdə - Avstraliya, Yeni Zenlandiya, Hollandiya, Belçika, Kanada və bu tipli ölkələrdə daha çox gördük. İnsanları aylarla evlərinə qapatdılar, Konstitutsiyanın onlara tanıdığı haqları məhdudlaşdırdılar, məntiqsiz və sərt qərarlar almağa, insan davranışları ilə oynamağa, onları daha asan yönləndirməyə başladılar. Sual verə bilərsiniz ki, bəs axı seçki institutu var, belə davranan hökumətləri ilk seçkidəcə xalq sandığa gömməyəcəkmi?! Ola bilər ki, bəzi ölkələrdə bunu gördük, amma son 20-30 ildə tamam başqa bir toplum da yetişdirməyə nail olublar, maska, vaksin, virusla bağlı sual verənləri marginallaşdırmağa, onları “komple teoriyaları tərəfdarı” kimi təqdim edib aşağılamağa nail oldular. Bu cəmiyyətlərdə xalqı manipulyadiya etmək daha da asanlaşdı. Çünki, xalq uzun illərdir ki, sistemə güvənirdi, hökumətin xalqın qeydinə qaldığına inanırdı – nə qədər paradoksal səslənsə də, bu toplumları yönəltmək üçün əsas faktora çevrildi. Dediyim kimi, bütün bunlar avtoritar rejimləri daha da gücləndirdi, onların davranışlarını daha da aqressivləşdirdi. Təsəvvür edin ki, dünyanın 1 nömrəli tenis ustası Novak Djokovici Avstraliyanın ultra-liberal sayılan, əslində yeni növ dünyanı təbliğ edən hökuməti, onu vaksinə qarşı olduğu üçün nə günə qoydu, necə aşağıladı, həbs etdi, indi də 3 illik deportasiya edir, çünki Djokovic örnəyi xalqa pis mesajdır və nə qədər qəribə səslənsə də, Avstraliya cəmiyyətinin böyük bir hissəsi bu qərarı dəstəkləyir, doğrudur, qarşı çıxanlar, mitinq edənlər də oldu, etiraz edənlərə sərt müdaxilələri də gördük (bu da ultra-liberal Qərbin yeni davranış qaydasına çevrilir – etirazçıları əzmək), amma cəmiyyətin böyük bir qismi bu qərarın doğru olduğunu düşünür. Məntiq hardadır burada?! Vaksinin əsas məqsədi nədir? Bəli, virusdan qorumaq, yoluxsan da, yüngül keçirtmək. Novak sağlamdır, idmançıdır, nə cinayət edib ki?! Yaxşı, hər gün PSR test götürün, amma yarışlara buraxın – etmədilər, düşünər ki, bu çox pis örnək olacaq insanlara və davranışlarını da qəbul etdikləri axmaq, məntiqsiz, insan haqq və azadlıqlarını məhdudlaşdıran qanunlarla əsaslandırırlar. Təhlükəli olan məhz budur – cəmiyyətləri manipulyativ hala gətirdilər, bu işdə avtoritar ölkələr kimi davranmağa başladılar. Amma bu işin sonu görünür, bu məsələni də bağlayan, çox güman, ABŞ olacaq – bu gün Baydenin reytinqi çox düşüb, payızda çox vacib seçkilər var, daxildə inflyasiya, xarici siyasətdə isə Rusiyanın qarşını kəsə biləcək addımların olmaması Bayden üçün, Demokratlar üçün böyük problemdir – seçkilərədə uğura nail olmağın yeganə yolu, hardasa yaz ayılarında, “bu bəlanı yendik, bütün məhdudiyyətləri aradan qaldırırıq, əvvəlki həyata geri dönürük”, mesajı ola bilər. Yəni, Baydenə və Demokratlar Partiyasına böyük qələbə lazımdır. Çox güman, bu qələbə virus üzərində qazanılmış qələbə ola, təqdimat və PR bu məsələ üzərinə inşa edilə bilər. Bu “qələbənin” ABŞ tərəfindən elan edilməsi dünyada Amerikanın son illər zəifləmiş mövqelərinin möhkəmləndirilməsi də xidmət edəcək" - N.Cəfərli qeyd edib.

Tarix: 16 Yanvar 2022, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin