BURADA REKLAMINIZ OLA
BİLƏR

Həlak olan əsgərimiz 600-dən yüksək balla universitetə qəbul olubmuş

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının ciddi şəkildə pozulması nəticəsində həlak olub.

 

O, əslən Şəki şəhərindəndir. C.Məmmədlinin atası idman müəllimi olub, bir müddət öncə ürək əməliyyat olub. Əməliyyat olunduqdan sonra işləyə bilməyib. Əsgərimizin anası evdar qadın olub. 2 bacısı var. Onlar Türkiyədə təhsil alıblar.

 

Cavidan Məmmədli özü isə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq universitetlərdən birinə qəbul olub. O, iyul ayında hərbi xidmətdən geri dönəcəkmiş.

 

Unikal.org

Tarix: 17 Yanvar 2022, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin