BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanacaqdoldurma məntəqəsinə saxta 100 manat verən sürücü tutuldu

Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 17 Yanvar 2022, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin