BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzu Cavadovaya vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib.

 

Bu barədə SOCAR-dan məlumat verilib.

 

A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.

 

1996-cı ildə SOCAR-ın Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən şirkətin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb, 1999-cu ildən 2007-ci ilə qədər ABŞ-ın "Frontera Resourses" şirkətində baş geoloq, "Salyan OYL" şirkətində işlənmə üzrə geoloq, "Delta Hess (ACG) Ltd." şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalışıb, 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis, baş geoloq, 2019-cu ildən geoloq olub.

 

O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunub.

 

A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.

Tarix: 17 Yanvar 2022, 18:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin