BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həmsədrlər rəsmi Bakının razılığı olmadan Qarabağa gedə bilmirlər, bu da onları narazı salır”

“Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Moskva Minsk Qrupu həmsədrlərinin “Dağlıq Qarabağa səfərini reallaşdıra bilməməsindən narahatdır”. Fikrini “bizi nə narahat edir” sualıyla davam etdirən rusiyalı diplomat həmsədrlərin faktiki fəaliyyətsiz qaldıqlarını bildirib: “Həmsədrlər humanitar məsələlərin həllində rol oynaya bilərlər, insanlar arasında görüşlər təşkil edə bilərlər”. Lukaşeviç ümid etdiyini bildirib ki, həmsədrlərin bölgəyə səfəri baş tutacaq və onlar Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcəklər. Lukaşeviç “Dağlıq Qarabağ” ifadəsi işlətməklə Moskvanın əvvəlkitək Bakının qərarıyla hesablaşmadığını əyani göstərir”.

 

Pravda.az xəbər verir ki bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.

 

Politoloq bildirib ki, halbuki Azərbaycan Prezidentinin fərmanıyla bölgə Qarabağ və Şərqi Zəngəzur adlanır: “Bundan başqa isə, Lukaşeviçin təbirincə desək, azərbaycanlılarla ermənilər arasında təmasların keçirilməsi üçün həmsədrlik institutuna ehtiyac yoxdur, bu görüşləri hansısa ölkənin qeyri-hökumət təşkilatı təşkil edə bilər və yaxın tarixdə buna dair onlarla misal var. Lukaşeviçin dərdi başqadır. Həmsədrlər işsiz və gücsüz qalıblar, onların fəaliyyətinə ehtiyac qalmayıb, yeni ideyaları isə yoxdur. Belə vəziyyətdə yeganə alternativ kimi həmsədrlərin bölgəyə səfəri təklif olunur. Həmsədrlər rəsmi Bakının razılığı olmadan Qarabağa da gedə bilmirlər, bu da onları narazı salır”.

Tarix: 17 Yanvar 2022, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin