BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Bu gün Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

 

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

 

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tarix: 17 Yanvar 2022, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin