BURADA REKLAMINIZ OLA
BİLƏR

“Human Rights Watch" ekspertlərinin növbəti hesabatı və xüsusilə Azərbaycanla bağlı təhlili ikili standartlara əsaslanır - RƏY

“Human Rights Watch" ekspertlərinin növbəti hesabatı və xüsusilə ölkəmizlə bağlı təhlili ikili standartlara əsaslanır, qərəzli yanaşmadır. Heç kimə sirr deyil ki, Human Rights Watch, Amnesty International kimi təşkilatlar, qlobal güclər tərəfindən  müstəqil siyasət yürüdən, milli maraqlarını müdafiə edən və zəngin təbii sərvətlərə malik ölkələrin siyasi hakimiyyətlərinə təzyiq vasitəsi kimi istifadə olunur. İnsan hüquqlarının müdafiəsi isə, sadəcə görüntüdür”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.



Deputat bildirib ki, hesabatda, 44 günlük müharibədə Ermənistanın bütün beynəlxalq hüququn normalarını pozmaqla insanlıq  əleyhinə törətdiyi cinayətləri görməzdən gələrək Azərbaycanı günahlandırmaq hər kəsin şahidi olduğu faktların saxtalaşdırılmasıdır: “Başa düşmürəm, cəbhə xəttindən xeyli uzaqda yerləşən, Gəncənin, Tərtərin, Goranboyun, Naftalanın, Mingəçevirin beynəlxalq konvensiyalarla qadağan olunmuş bombalarla, raketlərlə atəşə tutulmasına nə ad vermək olar?! Nəticədə mülki insanlar, uşaqlar, qadınlar, qocalar yatdıqları yerdə həlak oldular. Ermənistan ərazisində heç bir şəhərə atəş açılmadı. 30 illik işğal dövründə bütöv şəhərlər, qəsəbələr, kəndlər yerlə yeksan oldu. Məktəblər, uşaq bağçaları, mədəniyyət obyektləri, tarixi-dini abidələr dağıdıldı, bir milyon insan öz yurdlarından didərgin düşdü, çadırlarda yaşadı. Ancaq insan hüquqlarının keşiyində duran bu təşkilatlardan səs çıxmadı. Azərbaycan xalqı həmin təşkilatların hesabatlarının qərəzli, erməni lobbi və diaspora təşkilatlarının diktəsi ilə hazırlandığını bilir. Bu baxımdan, onların hazırladığı hesabatların obyektivliyi şübhə doğurur. Bu qədər saxtakarlıq olmaz”.

Nəzrin Cavid
  

Tarix: 18 Yanvar 2022, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin