BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qoyunların sayı sürətlə azalır

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda  8 milyon 37,1 min baş qoyun və keçi olub.


Pravda.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 0,6% və ya 52,6 min baş azalıb. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəlində ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olub.


Son 6 ilin yanvar aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:


- 2017-ci il yanvar ayında - 8 milyon 614,8 min baş


- 2018-ci il yanvar ayında - 8 milyon 454,3 min baş


- 2019-cu il yanvar ayında - 8 milyon 304,1 min baş


- 2020-ci il yanvar ayında - 8 milyon 189,2 min baş


- 2021-ci il yanvar ayında - 8 milyon 89,7 min baş


- 2022-ci il yanvar ayında - 8 milyon 37,1 min baş

Tarix: 19 Yanvar 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin