BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası Jan İv Lö Drianın açıqlaması ilə bağlı bəyanat yaydı

Vəhdət Partiyası Fransanın Avropa və Xarici İşlər üzrə naziri Jan İv Lö Drianın 2022-ci ilin yanvar ayının 18-də bu ölkənin Milli Assambleyasındakı açıqlaması ilə bağlı bəyanat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, bəyanat deyilir:

 

“Vəhdət Partiyası olaraq kəskin etirazımızı bildiririk və bu çıxışı beynəlxalq hüquqa zidd, məsuliyyətsiz çıxış kimi qətiyyətlə rədd edirik.

 

Azərbaycan Respublikasının xoşməramlı münasibəti və normal dövlətlərarası əlaqələr qurmaq arzusuna baxmayaraq,Fransanın ayrı-ayrı dövlət qurumları Azərbaycan torpaqlarını işğal edən terrorçu dəstələri daima dəstəkləyib, onlara hər növ yardımlar edərək, vaxtaşırı Dağlıq Qarabağa qanunsuz səfərlərdə olmuşlar.Fransa Prezidentliyinə namizəd olan V.Pekressin Azərbaycan Respublikasının qanunlarını pozaraq, sülhməramlıların müvəqqəti nəzarət zonasında olan Azərbaycanın Xankəndi şəhərinə səfəri buna əyani sübutdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valeri Pekress,Mişer Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfərləri ilə bağlı açıqlaması Azərbaycan qanunlarına və Beynəlxalq hüquqa tamamilə uyğundur və Azərbaycan xalqı bütövlükdə Respublika Prezidentinin mövqeyini tam dəstəkləyir.

 

Partiyamiz hesab edir ki, Fransa ATƏT-in Minsk Qrupunun üzvü olmaq hüququnu itirmişdir və bu beynəlxalq səviyyədə bəyan edilməlidir.

 

Vəhdət Partiyası hesab edir ki, Fransanın Avropa və Xarici İşlər üzrə Nazirinin və digər dövlət rəsmilərinin ölkəmizə qarşı qərəzli və ermənipərəst mövqeyinə qarşı Fransa hökuməti daha təsirli addımlar atmalıdır və şablon diplomatik cavablarla kifayətlənməməlidir”.

Tarix: 19 Yanvar 2022, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin