BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik" - Azərbaycan Prezidentinin köməkçisi

“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə toxundu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

H.Hacıyev bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub: "Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".

Tarix: 20 Yanvar 2022, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin