BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukrayna ilə müharibədə Rusiyanın qalib gəlmə ehtimalı çox azdır” - AÇIQLAMA

"Rusiya ilə Ukrayna arasında baş verən hadisələri izləyirəm. Yaxın zamanlarda iki ölkə arasında müharibə başlayacağını hesab etmirəm. Sadəcə olaraq Rusiya Qərbi, eləcə də bütün dünyanı şantaj edir".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya-Ukrayna münasibətləri barədə danışarkən deyib.

 

 

Politoloq bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibə olarsa belə, bu, lokal xarakter daşıyacaq: "Yəni, üçüncü dünya müharibəsinə səbəb ola bilməz. Həmçinin müharibədə Rusiyanın qalib gəlmə ehtimalı çox azdır. Nəzərə almaq lazımdır ki, Ukraynanın arxasında bütün Qərb dünyası dayanır. Ukrayna özünü kifayət qədər formalaşdırıb. Ümumiyyətlə hazırkı mərhələdə müharibə olacağını zənn etmirəm".

 

Nəzrin Cavid

Tarix: 20 Yanvar 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin