BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Milli Məclis sədrinin müavini Adil Əliyev 20 Yanvar faciəsi ilə bağlı Facebook səhifəsində paylaşım edib.

Pravda.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"20 Yanvar Şəhidləri dünənimizi sabahımıza bağladı. Onların dəfni zamanı dünənimiz olan 1918-ci il şəhidlərimizin məzarları aşkar edildi, tarixi yaddaşımız oyandı. Zəfər dolu sabahımızın - Şuşanın işğaldan azad edilməsinin müjdəsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına 2020-ci il 8 noyabrda məhz müqəddəs məkanımız olan Şəhidlər Xiyabanından çatdırdı.
20 Yanvar şəhidlərini ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət etsin!"

Tarix: 20 Yanvar 2022, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin