BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: ‘Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar’

“İlk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.

O qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər: “Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək”, - deyə nazir vurğulayıb.





Tarix: 20 Yanvar 2022, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin