BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb..."

"Jurnalistlər Azərbaycan Milli Elmlər Akademiyasında baş verən xoşagəlməz hadisələrlə bağlı bir alimdən rəy ala bilmirlər. İnstitut direktorlarından biri, AMEA-nın müxbir üzvünə ənənəvi qaydada mobil telefonla zəng vururlar. Adam cavab verir ki, interneti qırılıb, bağışlayın, internet yoxdur... Əslində İnternet qırılmayıb, Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb...".


Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.


"İnterneti qırılmış institut direktoru cəmiyyətdə reabilitasiyasını aparır. Savadsızlığını və millətə vurduğu amansız zərbələri ört-basdır etmək üçün görkəmli şəxsiyyətlər haqqında kitablar yazdırır. Həqiqi sözümdür, görəsən həmin adamlar bu interneti qırığın yuxusuna heç girirlərmi? Deyirlərmi ki, bizdən nə istəyirsən, niyə qoymursan rahat uyuyaq!" - E.Əliyev qeyd edib.

Tarix: 20 Yanvar 2022, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin