BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazada yanğın

Saatlı rayonunda mağazada yanğın olub.

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Tarix: 20 Yanvar 2022, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin