BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğandan yeni açıqlama

Ankara Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında üzbəüz görüş təşkil etmək istəyir.

 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Müharibə mühiti, psixoloji vəziyyət bizi məyus edir, çünki biz hər iki tərəflə yaxşı münasibətdə olan bir ölkəyik. Ümid edirik ki, hörmətli Putinlə Zelenski arasında görüş təşkil edək, göz-gözə, üz-üzə görüşə nail olaq", - deyə Ərdoğan mətbuat konfransında bildirib.

 

Türkiyə lideri qeyd edib ki, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.

Tarix: 20 Yanvar 2022, 21:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin