BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyada koronavirusa gündəlik yoluxmada antirekord qeydə alındı

Son 24 saat ərzində dünyada koronavirusa təxminən 3,7 milyondan çox yoluxma halı qeydə alınıb, bu pandemiya başlayandan bəri ən yüksək gündəlik göstəricidir.

 

Pravda.az xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.

 

Bundan əvvəlki antirekord yanvarın 12-də qeydə alınmışdı: 24 saat ərzində ÜST-yə 3 525 914 yoluxma halı haqqında məlumatlar daxil olmuşdu.

 

ÜST pandemiyanın başlanğıcından indiyədək 336 790 193 yoluxma və 5 560 718 nəfərin ölməsi barədə məlumat alıb. Yeni yoluxanların sayı sutka ərzində 3 777 104 nəfər, ölənlərin sayı 8 741 nəfər artıb.

 

Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı - 67 437 353 nəfərlə ABŞ-da qeydə alınıb.

 

Ondan sonra Hindistan (38 218 773), Braziliya (23 211 894), Böyük Britaniya (15 506 754) və Fransa (14 779 277) yer alıblar. Ən çox ölüm halı - 849 276 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (621 517), üçüncü yerdə isə Hindistan (487 693) qərarlaşıb. Daha sonra Rusiya (324 060) və Meksika (301 789) yer alıblar.

 

Qeyd edək ki, ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır.

 

Report

Tarix: 21 Yanvar 2022, 01:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin