BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alıb.

 

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

 

Son günlərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınmışdır.

 

Yanvar ayının 6-da saat 00:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində döv­lət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınmışdır.

 

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq qaçmağa çalışarkən saxlanılmışlar. Onların İran İslam Respublikasının vətəndaşları 1995-ci il təvəllüdlü Zeynallı Yasir Əziz və 1982-ci il təvəllüdlü Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilmişdir. Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamanın içində ümumi çəkisi 10 kiloqram 767 qram narkotik vasitə və 500 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götürülmüşdür.

 

Yanvar ayının 9-da saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikası tərəfdən Astara çayının sahilinə yaxınlaşaraq 1 ədəd bağlamanı Azərbaycan Respublikası istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

 

Ərazi dərhal qapadılaraq keçi­ril­miş axtarış təd­birləri nəticəsində 1 ədəd bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

 

Yanvar ayının 17-də saat 23:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

 

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılmışdır. Onun Kürdəmir rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götü­rülmüşdür.

 

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əmə­liyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilmişdir. Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olmalarını bildir­miş­lər. ­

 

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Tarix: 21 Yanvar 2022, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin