BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı Telefon Rabitəsi"ndən oğurluq edildi

"Bakı Telefon Rabitəsi" MMC-dən oğurluq edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə yanvarın 17-də Qala qəsəbəsi ərazisində "Bakı Telefon Rabitəsi" MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.

 

Bakı Şəhər Baş Polis İdarəsi və 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri - Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma aparılır.

Tarix: 21 Yanvar 2022, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin