BURADA REKLAMINIZ OLA
BİLƏR

"Söhbət elmi mübahisələrdən yox, yorğan davasından gedir" - AMEA-da baş verənlərə REAKSİYA

"Bir çoxları, o cümlədən özüm də gənclərin yaşlı nəsil haqqında xoşagəlməz ifadələrindən inciyirik. Bəzi hadisələr göstərir ki, gənc nəsil haqlıdır və hələ yaşlı nəsilə az edir. Öz intriqaları, yaltaqlıqları, şərəf-ləyaqəti qarınları ilə ölçənlərlə daha amansız davranmaq lazımdır. Çox heyif ki, nadir hal olsa da bəzən qurunun oduna yaş da yanır".

 

Pravda.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

"Mətbuatdan akademiklər Ramiz Mehdiyev – Kərim Şükürov deyişməsini oxuyub istefa məsələsi maraqlı və təəccüblü olduğundan baş verənləri bir az incələdim. Professor K.Şükürov 28 yanvar 2021-ci ildə “məşhur” akademik Yaqub Mahmudovun yerinə Tarix İnstitutunun Baş direktoru təyin edilir və az sonra 4 fevral 2021-ci ildə "Akademik Ramiz Mehdiyev əsərləri ilə Azərbaycan elmində yeni bir mərhələni - tarixin fəlsəfəsini yaradıb" deyir. 20 yanvar 2022-ci ildə isə Kərim Şükürov elan edir: "Ramiz Mehdiyev intellektual səviyyəli dialoqla deyil, məişət səviyyəli intriqalarla məşğuldur". 65 yaşlı tarix professorunun 1 il ərzində eyni şəxs haqqında iki bir-birinə zidd fikir səsləndirməsi ondan xəbər verir ki, söhbət elmi mübahisələrdən yox, yorğan davasından gedir. Hər dəfə əmin oluram ki, nə qədər ki, sovet ideologiyası ilə böyümüşlər bu dünyanı tərk etməyəcək bu xalqın, cəmiyyətin inkişafından danışmaq yersizdir. Kərim Şükürovun yaxşı alim, vicdanlı müəllim olmasını mübahisələndirmirəm" - A.İsmayılov qeyd edib.

Tarix: 21 Yanvar 2022, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin