BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarov: "Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8% artıb"

2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emal sənayesində isə 21,7% artıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

 

M.Cabbarov qeyd edib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb ki, bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir.

Tarix: 21 Yanvar 2022, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin