BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəhərlənən tələbələrdən XƏBƏR VAR - YENİLƏNDİ

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

 

Bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

 

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

 

***

14:39

 

Kliniki Tibbi Mərkəz Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızların vəziyyətinə aydınlıq gətirib.

 

Pravda.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, hər iki tələbə qız şok vəziyyətindədir: “Onların vəziyyətləri çox ağırdır. Onların hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik”.

Tarix: 21 Noyabr 2019, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin