BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN-dən sərhədlə bağlı açıqlama

Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsi zərurətindən çıxış edirik.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, o cümlədən regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması bu günün prioritet vəzifələridir. Bu sahələrdə irəliləyişə nail olmaq Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə etməyə imkan verəcək”, - deyə vurğulanıb.

 

Rusiya XİN-dən o da bildirilib ki, bu il Rusiya ilə MDB-nin əksər dövlətləri arasında, o cümlədən Azərbaycanla və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur: “Ölkələrin hər biri ilə biz seriya yubiley tədbirləri hazırlayırıq. Nəzərə alsaq ki, bir sıra tədbirlər mədəni və maarifləndirici xarakterli olacaq, onların həm də ictimaiyyət üçün maraqlı olacağını hesab edirik”.

Tarix: 21 Yanvar 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin