BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalib Salahzadə: "Ağasif Şakiroğlunun pulu var ki, ayda 8 min manat polisə pul ödəsin?!"

“Ağasif Şakiroğlu ilə bağlı məhkəmə prosesi qeyri-müəyyən müddətə dayandırılıb, çünki hakim xəstələnib. Bir sözlə, oyun oynayırlar. Kimlərsə bu işdə maraqlıdır, müxtəlif təxribatlar törədirlər. Mənim 70 yaşım var, uşaq-muşaqla oynayan deyiləm. Burada söhbət 25 milyon dollarlıq bağdan gedir. Qonşularım şahiddir, orada mən ağac əkdirmişəm, bağ saldırmışam. İrili-xırdalı 8 ev tikdirmişəm. Bir adam gəlsin desin ki, Rəsul Quliyev kiminsə vasitəsilə Hacı Qalibə 10 manat pul verib. Belə şey ola bilməz. Kimlərinsə bağa gözü düşüb, mənə cürbəcür pullar təklif edirlər. Mən isə həmin bağı satmaq fikrində deyiləm”.


Bu barədə Pravda.az-a açıqlamasında sabiq deputat Qalib Salahzədə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu ilə məhkəməsi barədə danışarkən deyib.


Q.Salahzadə qeyd edib ki, məsələ ilə bağlı 3 dəfə məhkəmə keçirilib, ikisində Ağasif Şakiroğlunun məhkəməyə gəlmədiyini, üçüncüdə isə hakimin xəstə olduğunu deyiblər: “Qeyri-müəyyən müddətə təxirə salınıb. Onu da qeyd edim ki, şikyətçi tək mən deyiləm, başqa vərəsələr də var. Mən oturmuşam Bilgəhdə, Lənkərandan kimsə gəlib deyir ki, bura mənim babamın, atamın bağıdır. Nə oyunlar oynayırlar, kimin üçün oynayırlar, bilmirəm. Amma onu bilirəm ki, mənə 25 milyon dollar təklif olunsa da, bağı satmadım. 5 aydır ki, ayı 8 min manata həmin bağda polis saxlayırlar. Kim verir bunun pulunu?! Ağasif Şakiroğlunun pulu var ki, ayda 8 min manat polisə pul ödəsin?! Kimin kişiliyi mənliyi varsa, çıxsın desin ki, bu işin arxasında duran mənəm. Uşaq-muşaqla oturub nə söhbət edim?! Rəsul Quliyev Azərbaycandan gedəndə Ağasif Şakiroğlu 7 yaşında olub. İndi durub mənə deyirlər ki, bağı mənə Rəsul Quliyev bağışlayıb. O, heç bağın harda yerləşdiyini bilmir”.

Tarix: 21 Yanvar 2022, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin