BURADA REKLAMINIZ OLA
BİLƏR

"Amnistiya Aktı 3411 məhkuma tətbiq edilib"

Amnistiya Aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə Amnistiya Aktı tətbiq edilib.

Pravda.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

Bildirilib ki, onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılıb.

Tarix: 21 Yanvar 2022, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin