BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ukraynanın taleyini onsuz həll etməyə çalışırlar"

"ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Cenevrədə keçirilən görüş başa çatıb. Lavrov görüşdən sonra deyib ki, guya Amerikanın Rusiya üçün təhlükəsizlik təminatına dair yazılı cavabı var. Ancaq Lavrov daha sonra bildirib ki, Amerikanın razılığı olmadan həmin cavabın mətnini yayımlaya bilməz".


Pravda.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.


"Lavrovun sözünə inansaq Amerikanın güzəştə getdiyi və Kremlin şərtlərindən birini yerinə yetirdiyi görüntüsü yaranır. Halbuki, görüşdən əvvəl Blinken danışıqlardan nəticə gözlmədiyinə eyham vurmuşdu. Beləcə Ukraynanın taleyini onsuz həll etməyə çalışırlar" - politoloq qeyd edib. 

Tarix: 21 Yanvar 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin