BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ-nin Xüsusi Nümayəndəsinin regiona səfəri başa çatdı

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın regiona səfəri başa çatıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Toivo Klaar "Twitter"də bildirib.

"İrəvandakı görüşlərdən sonra Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonla səfərimiz başa çatdı. Avropa İttifaqı sülhün vər rifahın olduğu Cənubi Qafqaza sadiqdir", Aİ diplomatı bildirib.

Xatırladaq ki, Toivo Klaar və İzabel Dümon Bakıya və İrəvana səfər edərək dövlət və hökumət başçıları ilə görüşüblər.

Tarix: 21 Yanvar 2022, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin