BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi özünü məftillə ağaca bağlayaraq yandırdı

Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Pravda.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunmuş, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix: 21 Yanvar 2022, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin