BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur" - Ziya Məmmədovun qardaşından açıqlama

“Mən Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son hadisələrə təəccüblənmirəm. Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır”.

Pravda.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib.

O bildirib ki, bu proseslər davam edəcək: “AMEA-nı xilas etmək lazımdır ki, Azərbaycan elmi dünya elminə düzgün inteqrasiya edə bilsin. AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm.

Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”.


Unikal.org

Tarix: 21 Yanvar 2022, 22:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin