BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden Rusiya ilə bağlı medianın suallarını cavablandırmaqdan imtina etdi

ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Pravda.az-ın məlumatına görə, Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq.

“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları - red.) təyyarəyə tələsirlər... Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, - deyə ABŞ lideri vurğulayıb.

Tarix: 21 Yanvar 2022, 22:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin