BURADA REKLAMINIZ OLA
BİLƏR

Qeyri-adi gənclər: 18 yaş, informasiya texnologiyası çempionu, öz-özünə öyrənən azərbaycanlı Azelma

Azelma Ağakişiyeva orta məktəbi ötən il bitirib, amma artıq ikinci kurs tələbəsidir. Yerli və beynəlxalq olimpiadalarda yüksək nəticələrinə görə, 18 yaşlı Azelma müsabiqədənkənar qəbulla Bakı Ali Neft Məktəbinə daxil olub.

O, aşağı siniflərdən yerli və beynəlxalq olimpiadalara qatılıb və Azərbaycan üçün yeni olan informasiya texnologiyaları sahəsində beynəlxalq olimpiadalarda qalib olub. Uğurları sayəsində ali məktəbə imtahansız qəbul edilib, amma bununla kifayətlənməyib, yenidən imtahan verərək, ikinci kursa keçib.

Həyat yolu üçün xüsusi plan çızmasa da, hələlik, təhsilini xaricdə davam etdirmək əsas hədəfidir.

Azelma Ağakişiyeva olimpiadalara getmək üçün nələr etmək lazım olduğundan, uğurlarının səbəblərindən danışıb.



Tarix: 22 Yanvar 2022, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin