BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq: Provokativ və neqativ hallara yol vermiş media qurumu barədə tədbir görüləcək

21.01.2022-ci il tarixdə, saat 22:11-də “haqqın.az” saytında prokurorluq orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş "Помощник прокурора Апшерона на общественных началах оказался мошенником. Но суд не отправил его в тюрьму" başlıqlı məqalə dərc edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, məqalə həqiqəti əks etdirmir: Səkildə ictimaiyyətin marağını cəlb etmək məqsədilə hazırlanmış məqalədə öz əksini tapmış həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, Elbrus Əliyev prokurorluq orqanlarından son yaş həddi ilə 07.02.2007-ci il tarixdə təqaüdə çıxmaqla, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb.


Həmçinin, qeyd olunmalıdır ki, Elbrus Əliyevin Abşeron rayon prokurorluğunda ictimai əsaslarla çalışdığını bildirməsi onun dələduzluq cinayətini törətmək üçün insanların etibarını qazanmaq üsulu kimi seçilib.
Lakin təəssüflər olsun ki, məlumatlar rəsmi dövlət qurumu ilə dəqiqləşdirilmədən ictimailəşdirilib.

 

Eyni zamanda məqalədə Abşeron rayon prokurorluğunun lövhəsinin fotosu yer alıb, lakin qeyd olunan cinayət hadisəsi ilə həmin rayon prokurorluğunun hər hansı əlaqəsi olmayıb.


Prokurorluq orqanları tərəfindən bu kimi provokativ və neqativ hallara yol vermiş media qurumlarının barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.

Tarix: 22 Yanvar 2022, 00:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin