BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məişət tullantılarının qalaqlandığı ərazi təmizləndi

Bakıda məişət tullantılarının qalaqlandığı ərazi təmizlənib.

 

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

 

O qeyd edib ki, Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində məişət tullantılarının qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb: "Tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib”.

Tarix: 22 Yanvar 2022, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin