“Sabiq səfir Eldar Həsənov Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 308.2, 308-1.1 və 313-cü maddələri ilə ittiham olunub və məhkəmə də onu təqsirli bilərək əsas cəza kimi 10 il müddətinə azadlıqdan məhrum edib. Hökmün ədalətli yaxud, qanuni olub-olmamasını isə ayrı-ayrı siyasi dairələr, yaxud, maraqlı tərəflər yox, yalnız yuxarı instansiya məhkəmələri müəyyən edə bilər. Əlbəttə, sabiq səfir də apellyasiya şikayəti hüququna malikdir və Eldar Həsənov həbsdə saxlandığı üçün hökmün surəti ona verildiyi andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Eldar Həsənovun siyasi məhbus olması barədə iddialara gəlincə isə, mən bunu cəfəng hesab edirəm”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, şəxsin siyasi statusa malik olması onun hökmən siyasi məhbus adlandırmasına əsas vermir: "Bəs Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri hara gedir? Ötən bir ildə, bu qədər icra başçısı həbs olunub, nazir və digər yüksək vəzifəli şəxslər konkret korrupsiya əməllərinə görə azadlıqdan məhrum edilib, hamısı da siyasi statusa malik insanlar idi, indi onlara siyasi məhbus deyək? Bu işdə də, ortada məhkəmə qaydasında sübut olunmuş əməllər var. İbtidai istintaq külli miqdarda törədilmiş mənimsəmə və ya israfetmə, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitləri və ya digər əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsi vəsaitindən təyinatı üzrə istifadə etməmə, habelə vəzifə saxtakarlığı əməllərini sübut edib, məhkəmə də bu sübutları araşdıraraq hökmlə təsdiq edib. Belə olan halda, şəxsin konkret əməllərə görə məhkəmə qaydasında cəzalandırılması niyə siyasiləşdirilir? Bəli, Eldar Həsənov yüksək vəzifələrdə çalışıb, statusa malik olub, lakin Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir”.
B.Məhərrəmov qeyd edib ki, cinayət prosesinin həyata keçirilməsi zamanı da heç kimə sosial və siyasi mənsubiyyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük verilmir: “Əgər məhkum özünə münasibətdə əksini iddia edirsə, yuxarı instansiyalar, beynəlxalq məhkəmələr var. Hər kəs əmin ola bilər ki, prosesin sonrakı istənilən mərhələsində də dövlət Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin edəcək. Azərbaycan dövləti heç bir vətəndaşının məhrumiyyətlərə məruz qalması, yaxud hüquq və azadlıqlarının məhdudlaşdırılmasında maraqlı deyil. Lakin hər kəs təqsirinə görə məsuliyyət daşımalıdır ki, cəzasızlıq mühiti yaranmasın”.
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin