BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

"Bizə təklif etdilər ki, komandanın adı olan "Şuşa"nı dəyişək".

Pravda.az xəbər verir ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasov deyib.

O deyib ki, ikinci tura adlayan zaman Ruben Jaqinyan adlı şəxs onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirib. 

Nəticədə komandanın adı dəyişdirilərək "Buta” ilə əvəzlənib.

Bu addım isə, çox böyük səs-küyə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri bu addımı atanları qınayıb, ümumiyyətlə onların tədbirdən ayrılmalı olduqlarını bildiriblər.



Tarix: 23 Yanvar 2022, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin