BURADA REKLAMINIZ OLA
BİLƏR

“Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdır” - Əhməd İsmayılov

"Media Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxsləri cəmiyyətə tanıdır. Amma bu proses çox təkmil həyata keçirilməlidir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

 

Ə.İsmayılov qeyd edib ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər: "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdır. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".

Tarix: 24 Yanvar 2022, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin