BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “KVN-çilərin ermənilərin təzyiqi altında “Şuşa” komandasının adını dəyişməsi qəbuledilməzdir”

“Azərbaycan xalqının KVN komandasının hərəkəti ilə bağlı narahatlığını başa düşmək olar, çünki komandanın Rusiyadakı addəyişmə məsələsi qəbuledilən deyil. Bu, siyasi mövqeyindən, cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəsi hiddətləndirdi. Hesab edirəm ki, bəzi dəyərlərə heç bir halda düzəliş etməyə, onların hansısa qüvvələr tərəfindən tapdanmasına, inkar olunmasına icazə vermək olmaz. Müasir dövrümüzdə belə dəyərlərdən biri də Şuşadır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, KVN-çilərin ermənilərin təzyiqi altında “Şuşa” komandasının adını dəyişməsi qəbuledilməzdir: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və ümumiyyətlə ölkənin ümumi tarixi bu şəhərlə bağlıdır. Şuşanın ölkəmizin həyatındakı rolu böyükdür. Eyni zamanda, düşmənlərimiz də Şuşanı ciddi şəkildə özününküləşdirmək istəyirdilər, lakin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu problemi kökündən həll etdi. Ona görə Şuşa adının hansısa formada müzakirə predmeti olması, kimlərinsə təzyiqinə məruz qalması yolverilməzdir. Bu halı çox mənfi qəbul etdim. Ermənilərin və yaxud da onların havadarlarının təzyiqi ilə belə bir güzəştə getmək qəbuledilən deyil. Şuşa elə bir dəyərdir ki, müzakirə predmeti ola bilməz”.

 

Qeyd: Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti etirazlara səbəb olub. O, ermənilərin təkidi ilə "Şuşa" komandasının adını "Buta" olaraq dəyişib.

 

Nəzrin Cavid

Tarix: 24 Yanvar 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin