BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağçanın naqilləri oğurlandı

Bakıda uşaq bağçasının damından 1200 manat dəyərində naqil oğurlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 24 Yanvar 2022, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin