BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ötən il 10 min 943 şəxsə Amnistiya tətbiq edilib" - Kamran Əliyev

Ötən il ərzində 10 min 943 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.

 

Pravda.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

 

K.Əliyevin sözlərinə görə, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir. Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib.

Tarix: 24 Yanvar 2022, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin