BURADA REKLAMINIZ OLA
BİLƏR

Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanıldı

Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb.

 

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

 

Baş prokurorun sözlərinə görə, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib. Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb”.

Tarix: 24 Yanvar 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin