BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdə gizlənən 32 nəfər tutularaq Azərbaycana gətirilib

Ötən il xaricdə gizlənən 32 nəfər tutularaq Azərbaycana gətirilib.

 

Pravda.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

 

O bildirilib ki, 2021-ci il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndirilib: "Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş prokurorluqları, Belarus İstintaq Komitəsi ilə ikitərəfli əməkdaşlıq sənədləri imzalanmış, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurasının ilk iclası Bakıda keçirilməklə Şura təsis olunub. Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilməklə xaricdə gizlənən 32 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib".

Tarix: 24 Yanvar 2022, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin